Hematolojı analizatorda olan qanın eritrositar parametrlərinin təhlili

Hematolojı analizatorda olan qanın eritrositar parametrlərinin təhlili

Hematolojı analizatorda olan qanın eritrositar parametrlərinin təhlili

Mühazirədə hematoloji analizatorda olunan qanın eritrositar parametrləri və indeksləri son elmi məlumatlar əsasında izah olunacaq. RBC, Hb, Ht, MCV, MCH, MCHC, RDW göstəricilərinin normativləri və patologiya zamanı interpretasiyası veriləcək. Hər göstəriciyə aid pasiyentlərin qan analizlərindən nümunələr göstəriləcək. Eritrositar indekslərin anemiyalar zamanı yalançı pozitiv və yalançı neqativ parametrləri təhlil olunacaq. Mentser indeksindən əlavə Ehsani və Shine and Lal indekslarının əhəmiyyəti izah olunacaq.

Mühazirə bütün xəstələr ilə işləyən həkimlər və həkim-laborantlar üçün faydalı ola bilər.

 

 

  • Videodərs
Admin bar avatar
ADHTİ-nin Pediatriya kafedrasının t.e.ü.f.d., dosenti Vəliyeva Sənubər Tağı qızı, 1999-cu ildə kafedraya aspiranturaya daxil olmuş, 2005-ci ildə “Mamalıq anamnezi bronxial astma və atopik dermatit ilə fəsadlaşmış uşaqlarda veqetativ sinir sisteminin və bəzi hematolojı göstəricilərin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, həmin ildən kafedranın assistenti, 2012-ci ildən isə dosent vəzifəsində çalışır. 2007-ci ildə “Beş yaşa qədər uşaqlarda alimentar risk faktorlarının və ondan asılı olan patologiyaların yayılması” mövzusunda doktorluq dissertasiyası təsdiq olunub və hal-hazırda bu istiqamətdə işlər davam edir. Mükafatlar və Elmi işlər: Avropa Allerqoloqiya və Kliniki İmmunologiya Akademiyası tərəfindən 9 dəfə qrantlara layiq görülüb (İsveçrə, 2003; Belçika, 2004; Hollandiya, 2004; Tayland, 2007; İngiltərə, 2010; İtaliya, 2010; Belçika, 2010; Türkiyə, 2011; Finlandiya, 2011); Almaniya, Baden-Badenda 14 ölkə və 70 iştirakcı arasında leksiya oxumaq bacarığına görə 1. yerə layiq görülmüşdür.
Qiymət 30 ₼ 15 ₼
Müəllif Sənubər Vəliyeva
Müddət 50 dəqiqə
Dərslər 1
Qeydiyyatlı 27 nəfər
Dil Azərbaycan
Ödəniş Qiymət + 18% ƏDV