Nəcisin analizi: diaqnostikada və mədə-bağırsaq patologiyalarının monitorinqında rolu

Nəcisin analizi: diaqnostikada və mədə-bağırsaq patologiyalarının monitorinqında rolu

Nəcisin analizi: diaqnostikada və mədə-bağırsaq patologiyalarının monitorinqında rolu

Mühazirədə nəcis rənglərinin xəritəsi, nəcisin makroskopik və mikroskopik analizləri, parazitlərə şübhə olan zaman analizin götürülməsi, mədəaltı vəzə və öd patologiyalarına aid dəyişikliklər müzakirə olunacaq. Müasir testlər – fekal kalprotektin, fekal elastaza, alfa-1-antitripsin testi və müxtəlif antigen müayinələr mühazirədə öz yerini tapıb.

 

  • Videodərs
Admin bar avatar
ADHTİ-nin Pediatriya kafedrasının t.e.ü.f.d., dosenti Vəliyeva Sənubər Tağı qızı, 1999-cu ildə kafedraya aspiranturaya daxil olmuş, 2005-ci ildə “Mamalıq anamnezi bronxial astma və atopik dermatit ilə fəsadlaşmış uşaqlarda veqetativ sinir sisteminin və bəzi hematolojı göstəricilərin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, həmin ildən kafedranın assistenti, 2012-ci ildən isə dosent vəzifəsində çalışır. 2007-ci ildə “Beş yaşa qədər uşaqlarda alimentar risk faktorlarının və ondan asılı olan patologiyaların yayılması” mövzusunda doktorluq dissertasiyası təsdiq olunub və hal-hazırda bu istiqamətdə işlər davam edir. Mükafatlar və Elmi işlər: Avropa Allerqoloqiya və Kliniki İmmunologiya Akademiyası tərəfindən 9 dəfə qrantlara layiq görülüb (İsveçrə, 2003; Belçika, 2004; Hollandiya, 2004; Tayland, 2007; İngiltərə, 2010; İtaliya, 2010; Belçika, 2010; Türkiyə, 2011; Finlandiya, 2011); Almaniya, Baden-Badenda 14 ölkə və 70 iştirakcı arasında leksiya oxumaq bacarığına görə 1. yerə layiq görülmüşdür.
Qiymət 30 ₼ 15 ₼
Müəllif Sənubər Vəliyeva
Müddət 70 dəqiqə
Dərslər 1
Qeydiyyatlı 19 nəfər
Dil Azərbaycan
Ödəniş Qiymət + 18% ƏDV