Sidik yolları infeksiyalarının diaqnostika üsulları
13/05/2020
2020-09-14 1:35
Sidik yolları infeksiyalarının diaqnostika üsulları
Sidik yolları infeksiyalarının diaqnostika üsulları
Mühazirədə sidik nümunəsinin götürülməsi, sidiyin analizində leykositlərin miqdarı, leykositar estreraza, nitrit testi və mikroskopiyanın əhəmiyyəti müzakirə olunur. Sidik yolları iltihabını göstərən ultrasəs müayinəsinin parametrləri və spesifik uroloji müayinələrə yönəltmənin göstərişləri izah olunur.
ADHTİ-nin Pediatriya kafedrasının t.e.ü.f.d., dosenti Vəliyeva Sənubər Tağı qızı, 1999-cu ildə kafedraya aspiranturaya daxil olmuş, 2005-ci ildə “Mamalıq anamnezi bronxial astma və atopik dermatit ilə fəsadlaşmış uşaqlarda veqetativ sinir sisteminin və bəzi hematolojı göstəricilərin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, həmin ildən kafedranın assistenti, 2012-ci ildən isə dosent vəzifəsində çalışır.
2007-ci ildə “Beş yaşa qədər uşaqlarda alimentar risk faktorlarının və ondan asılı olan patologiyaların yayılması” mövzusunda doktorluq dissertasiyası təsdiq olunub və hal-hazırda bu istiqamətdə işlər davam edir.
Mükafatlar və Elmi işlər: Avropa Allerqoloqiya və Kliniki İmmunologiya Akademiyası tərəfindən 9 dəfə qrantlara layiq görülüb (İsveçrə, 2003; Belçika, 2004; Hollandiya, 2004; Tayland, 2007; İngiltərə, 2010; İtaliya, 2010; Belçika, 2010; Türkiyə, 2011; Finlandiya, 2011); Almaniya, Baden-Badenda 14 ölkə və 70 iştirakcı arasında leksiya oxumaq bacarığına görə 1. yerə layiq görülmüşdür.