Uşaqlarda astma fenotipləri
06/07/2020
2021-04-17 15:42
Uşaqlarda astma fenotipləri
Uşaqlarda astma fenotipləri
Kursda uşaqlarda uzunmüddətli öskürəyin və xırıltılı tənəffüsün astma olma eytimalı, astmanın uşaqlarda müxtəlif proqnozu, astmanın fenotipindən asılı olaraq müalicənin müxtəlifliyi, makrolid preparatlarının müalicədə rolu izah olunur.
Təşkilatı dəstək: Asfarma şirkəti
ADHTİ-nin Pediatriya kafedrasının t.e.ü.f.d., dosenti Vəliyeva Sənubər Tağı qızı, 1999-cu ildə kafedraya aspiranturaya daxil olmuş, 2005-ci ildə “Mamalıq anamnezi bronxial astma və atopik dermatit ilə fəsadlaşmış uşaqlarda veqetativ sinir sisteminin və bəzi hematolojı göstəricilərin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, həmin ildən kafedranın assistenti, 2012-ci ildən isə dosent vəzifəsində çalışır.
2007-ci ildə “Beş yaşa qədər uşaqlarda alimentar risk faktorlarının və ondan asılı olan patologiyaların yayılması” mövzusunda doktorluq dissertasiyası təsdiq olunub və hal-hazırda bu istiqamətdə işlər davam edir.
Mükafatlar və Elmi işlər: Avropa Allerqoloqiya və Kliniki İmmunologiya Akademiyası tərəfindən 9 dəfə qrantlara layiq görülüb (İsveçrə, 2003; Belçika, 2004; Hollandiya, 2004; Tayland, 2007; İngiltərə, 2010; İtaliya, 2010; Belçika, 2010; Türkiyə, 2011; Finlandiya, 2011); Almaniya, Baden-Badenda 14 ölkə və 70 iştirakcı arasında leksiya oxumaq bacarığına görə 1. yerə layiq görülmüşdür.