Blog

COVİD-19 pandemiyası zamanı viruslardan necə qorunmaq olar?

23559637_1649765408402169_9065345230462461170_n
Farm Dərnək / Qidalanma

COVİD-19 pandemiyası zamanı viruslardan necə qorunmaq olar?

Qapalı mühiddə mütləq maskalardan istifadə etmək lazımdır (ən yaxşı N-95 qoruyur), əlləri tez-tez yumaq, sosial məsafəni saxlamaq. Kontaktların sayını maksimal azaltmaq lazımdır: qonaq getməyi, axşam bağda yıgışmagı samovar çayına və ya kəbaba, ad günlərinin keçirtməyini ləgv etmək lazımdır. Bir söznən əvvəlki həyat tərzini dəyişmək.

Evin içində: dəsmalları ayırmaq, xəstələnən ailə üzvü olanda onu ayrı bir otaqda izolyasiya etmək, xəstə olan otağın qapısı baglı saxlamaq, evdəkilər maskada qəzməlidir, evin havası tez-tez dəyişməlidir.

Qidalanma: saglam qidalanma şərtlərinə riayət etmək lazımdır, gündəlik rasionda süd (kalsium məmbəyi) və ət (dəmir və sink məmbəyi) məhsulları olmalıdır. Viruslardan qoruyan məhsullar: çiy soğan və sarımsaq. Arıqlamaq məqsədi ilə tam aclıq saxlamaq olmaz, orqanizm zəifləyə bilər. Gündəlik rasionda qatığın istifadəsi bağırsaqlara yaxşı effekt görsədir və immuniteti bu yol ilə möhkəmləndirir.

Kifayət qədər yatmaq lazımdır, yuxu azlığı immuniteti zəiflədir.

İmmunitetə təsir edən təbii preparat: PRE-MİLK

PRE-MİLK preparatı ilk inək südündən – kolostrumdan hazırlanıb. Kolostrum – məməli heyvanların dogüşdan sonra ilk 72 saat ərzində ifrazat etdiyi süddür. Kolostrumun tərkibində immuniteti möykəmləndirən təbii komponentlər var: immunoqlobulinlər, lizosim, laktoferrin və s. Uşaqlar, böyüklər və idmançılar üzərində aparılan tədqiqatlarda kolostrumun 1-2 ay ərzində istifadəsi tənəffüs yollarının virus infeksiyalarının, soyuqdəymələrin və mədə-bağırsaq pozulmalarının qarşısını alıb.

İnək südü (kolostrum) əsasında olan preparatların tədqiqatları Almaniya, ABŞ, Yaponiya, Türkiyə, Hindistan, İtaliya, Banqladeş, Misir və digər ölkələrdə aparılıb.

PRE-MİLK İstifadə qaydası: 3 ay -12 yaş günə 1 kapsul açıb maye ilə vermək, 12 yaşdan sonra və böyüklərə 1 kapsuldan gündə 2 dəfə yeməkdən sonra istifadə etmək 2 ay ərzində.

Virus əleyinə profilaktik istifadə oluna bilən preparatlar: Anaferon, Anaferon detskiy, İnflusid.

Qidalanmada süd məhsullarından istifadə etmirsizsə : kalsium preparatları vaxt aşırı qəbul olunmalıdır.

Vitamin D miqdarı orqanizmda çox olan zaman virus infeksiyaları ilə yoluxma eytimalı azalır. Qanda D vitamininin miqdarını bilmirsizsə profilaktik məqsəd ilə 1-19 yaş arası Akvadetrim preparatının gündəlik 1 damcısını, 19-100 yaş arası 4 damcısını istifadə etmək lazımdır il boyu. Bu dozalarda D vitamininin qəbulu yay-qış təhlükəsizdir və doza aşması ilə nəticələnməyəcək.

Qidalanmada ət, quş əti və balıq məhsullarından istifadə etmirsizsə profilaktik 2-3 ay ərzində az dozalarda dəmir preparatları (Ferropol, Maltofer) qəbul etmək lazımdır. Ət məhsulları sink məmbəyi olduğu üçün (sink virus əleyinə immuniteti təşkil edir), ət yemirsizsə Sink tərkibli preparatlar 14 gün ərzində qəbul olunmalıdır. Mədəvizdə problem varsa dəmir və sink qəbulu mədə problemlərini kəskinləşdirə bilər.

Allergik rinit varsa (çox asqıransız) dərman preparatları arasında Rizomax üstünlük vermək lazımdır. Rizomax tərkibində olan mometazon furoatın koronavirus SARS-CoV-2 çoxalmasının qarşısını almaq kimi xüsusiyyətləri var.

Astma və ya diqər xroniki ağciyər xəstəliyi varsa: mütləq xəstəlik nəzarətdə olmalıdır. Dərman preparatları arasında tərkibində hormon olan spreylərə üstünlük verilməlidir.

Diabet və digər xroniki xəstəliklər: nəzarət altında olmalıdır.

Artıq çəki, siqaret çəkən, diabet və arterial təyziqi olan insanlarda koronavirus reseptorları ACE2 (koronaviruslar üçün hüceyrələrə “qapını” açır) daha çox miqdardadır.

Bağırsaqların sağlamlığına və bu yol ilə immunitetə təsir edən preparatlar: Acidolak (1 saşe gündə 1-2 dəfə), Probilak (1 kapsula gündə 1 dəfə), Prebilak (1 paket gündə 1 dəfə).

Koronavirus pandemiyası zamanı spirtli içkilərə münasibət: 2012-ci ildə Yaponiyada aparılan tədqiqatın nəticələrinə görə müntəzam az miqdarda (30-50 ml araq və 100-200 ml artıq olmayaraq çaxır) spirtli içkilərini istifadə edənlərdə daha az soyuqdəymələr müşaidə olunub. Bu effekt “fürsət olanda” və “bazar günləri” içənlərdə izlənməyib.

Alkoqolun icazə verilən miqdarı

Yekun: Çalışın sağ və salamat qalın!

Fikirinizi bildirin