Blog

Döş ilə qidalanmanın əhəmiyyəti və ana südünün individual “bankının” yaradılması

Рисунок1
Qidalanma

Döş ilə qidalanmanın əhəmiyyəti və ana südünün individual “bankının” yaradılması

Döş ilə qidalanma ana və uşağa xeyirlidir. Qadınların əksəriyyəti döş ilə qidalanmanı başlasa da məsləhət görülən kimi 12-24 ay çox az qadın qidalandırır. Ana südünün hər hansı bir miqdarı xeyirlidir. Ana südünün verilmə müddəti nə qədər çox olsa daha yaxşıdır. Doğum evindən çıxandan sonra ilk tibbi-sanitar yardım ana südü ilə qidalanmanın tezliyini və müddətini artıra bilər.

Döş ilə qidalanma mövzusunda yeniliklər var mı? 

  • 2015-ci ildə aparılan 17 tədqiqatın metaanalizi göstərdi:
  • Ana südü alan uşaqlar daha böyük yaşlarda intellekt testlərində daha yaxşı göstəricilər əldə edir
  • Ananın İQ nəzərə alınandan sonra bu məlumatlar dürüst olur

Ananın sağlamlığı üçün döş ilə qidalandırmanın xeyiri

  • Döş və yumurtalıqların xərçənq riski ↓
  • Ürək-damar xəstəlikləri ↓
  • 2-ci tip şəkərli diabet ↓
  • Hipertoniya ↓
  • Doğuşdan sonra depressiya ↓

Uşağın sağlamlığı üçün döş ilə qidalanmanın xeyiri

  • Atopik dermatit ↓
  • İnfeksion enterit ↓
  • Sonradan daha yüksək İQ ↑
  • Leykemiya ↓
  • Hipertoniya ↓
  • Nekrotik enterokolit ↓
  • Piylənmə ↓
  • Orta otit ↓
  • Respirator xəstəliklər (astma, aşağı tənəffüs yollarının ağır infeksiyaları) ↓
  • Qəflətən uşaq ölümü simptomu ↓
  • 1-ci və 2-ci tip diabet ↓

Ana südünün “bankı” nə deməkdir? Laktasiyanın ilk günlərində ana südü körpənin ehtiyacı olandan daha çox yaranır və bu südü sağıb soyuducunun dondurma kamerasında 3 – 6 aya qədər saxlamaq olar.

Ana südünün ehtiyatlarını yaratmaq nəyə lazımdır? Ana körpədən qısa bir müddətə aralınan zaman, ananın xəstiliyi zamanı (misal üçün COVİD-19 ilə xəstələnən zaman ana dərman preparatlarını qəbul edirsə) və ya işə çıxarsa körpənin həmişə evdə hazır yeməyi olacaq. Bu döş ilə əmizdirən dövrdə ananın həyat keyfiyətinin daha yüksək olması deməkdir!

İndividual süd bankının yaradılma mərhələləri

  • Ana südü bankının yaradılması dərhal doğuşdan sonra başlansa daha yaxşı olar, çünki bu zaman körpənin eytiyacları daha azdır və əlavə olaraq döşdə qalıq südün sağılması laktasiya prosesinə stimul yaradır və süd yaranmasına təkan verir.
  • İlk növbədə bütün istifadə oluna bilən əşyalar sterilizasiya olunmalıdır. Bunun üçün xüsusi sterilizatorlar və ya mikrodalğalı sobada istifadə üçün nəzərdə tutulan sterilizasiya paketlərindən istifadə etmək olar.
  • Südün sağılma prosesinə gələndə daha yaxşı olar elektrik süd sağan nasoslardan istifadə olunsun. Əl ilə südü sağmaq çox ağrılı prosesdir, adətən ilk doğuşlardan sonra süd axarları formalaşmamış olduğu üçün 15-25 ml-dən çox südü əldə etmək olmur. Bu süd “ön süd” adlanır, rəngi suya bənzəyə bilər, çünki ön südün tərkibində yağların miqdarı çox azdır. “Arxa süd” qatı və yağlı olur, lakin əl ilə sağılan zaman ifraz olunmur. Bundan fərqli olaraq süd sağan nasoslar ilə süd vəzində olan həm “ön” həm “arxa” süd sağılır. Südün sağılması laktasiya prosesinə təkan verir və südün yaranması daha da çoxalır.
  • Ana südünü saxlamaq üçün xüsusi qablar və ya paketlər istifadə olunur.
  • Südü saxlamaq üçün nəzərdə tutulan konteynerlər çoxsaylı istifadə üçündür, kliniki tədqiqatlarda sağılmış südün Philips Avent konteynerlarında saxlanılmasının yüksək dərəcədə mikrobioloji təhlükəsizliyi təstiq olunub
  • Süd sağılandan sonra qabın üstündə tarix qeyd olunur.
  • Ana südü soyuducunun ümumi şöbəsində soyudulur, sonra dondurma kamerasına yerləşdirilir
İndividual süd bankının yaradılma mərhələləri
Ana südünü saxlamaq üçün Philips Avent paketlərinin üstünlükləri

Dondurulmuş ana südünün istifadəsi

  • Dondurulmuş təzə və ya pasterizə olunmuş südün donunun açılması:
    • Tədricən donu açılmalıdır soyuducuda 24 saatdan artıq olmayaraq
    • Su vannasında 37 °C artıq olmayaraq və ya isti su axınında
  • Konteynerin qapağı su ilə kontaktda olmamalıdır
  • Donu açılmış süd 24 saat ərzində istifadə olunmalıdır
  • Donu açılandan sonra yenidən dondurula bilməz
  • Mikrodalğalı sobada donu açıla bilməz

Tez-tez verilən suallar

Ana südünün dondurulması onun keyfiyətinə necə təsir edir? Dondurulma zamanı ana südünün bütün əsas xüsusiyyətləri dəyişilməz qalır, cüzi dəyişikliklər ana südünün immunogen funksiyalarının azalmasında müşaidə olunur

Ana südü dondurmada artıq qalarsa onu necə istifadə etmək olar? Belə hallarda südü sıyıqların bişirilməsində istifadə etmək olar.

Mikrodalğalı sobada sterilizasiya olunan əşyalar neçə müddət steril qalır? Sterilizasiya üçün paket açılmayan hallarda 24 saat ərzində.

Körpəni sağılmış süd ilə butulkadan yedizdirsələr sonradan döşü götürəcək? Natural butulkalarından qidalanan uşaqlar döş ilə qidalanmanı yüngüllük ilə davam edirlər.

Ana südü ilə qidalanma əsasən onu təşkil etməkdən ibarətdir
Tibb işçilərinin və ailənin mütləq dəstəyi olmalıdır
Qarışıqları təyin etməkdən əvvəl ana südünün az olması sübut olunmalıdır
Ev şəraitində individual ana südü bankının yaradılması ananın daha sərbəst olmağına imkan yaradır
Ana işə çıxan zaman bu ana südü ilə qidalanmaq üçün yaxşı vasitədir

Fikirinizi bildirin