Blog

Hansı nəcis ifrazatı invaqinasiya diaqnozuna uyğundur?

00
Konkurs

Hansı nəcis ifrazatı invaqinasiya diaqnozuna uyğundur?

Bu bloq Nestle şirkətinin təşkilatı dəstəyi ilə 1 ay ərzində keçirilən “Həkim səhvlərinin təhlili: invaqinasiya” mühazirələr silsiləsinin yekünu kimi təklif olunur. Əsas məlumatları təkrar edib konkursda iştirak edə bilərsiz. Aşağıdakı şəkillərə baxıb invaqinasiyanı tapın və Telegramda “Tibbi konsilium” qrupunda test sualı cavablandırın t.me/tibbikonsilium Test açıq formatdadır, cavab verənlər görünür. Düzgün cavablandıran həkimləri Nestle şirkəti tərəfindən hədiyyə gözləyir.

Uşaqlarda invaqinasiyanın klinika, diaqnostika və müalicəsi

Adətən qarında agrı və keçməməzlik simptomları ilə xarakterizə olunur
2 yaşa qədər uşaqlarda qarında kəskin sancılar, ayaqlarını qarnına yığır və kəskin ağlayır
Tutmalar arasında özünü adi vaxtlarda olduğu kimi apara bilər
Lakin hər tutmadan sonra süstlük artacaq
Ağrı yaranandan bir müddət sonra qusma ola bilər
50% hallarda nəcis qan və selik ilə olur, «qırmızı qarağat» jelesinə bənzəyir

Fiziki müayinə zamanı 60% hallarda «sosiskaya» bənzəyən kütlə aşkarlana bilər sag yuxarı və ya epiqastral nahiyələrdə
Klassik pediatrik triada- qarında agrı, palpasiya olunan kütlə və qanlı nəcis 15% hallarda aşkarlanır
Uşaqlarda invaqinasiya adətən xoşxassəlidir, diaqnostikanı yüksək şübhələnmə strateqiyası tezləndirir
Diaqnostika: USM müayinədə «hədəfə» və ya «ponçika» bənzəyən şəkil
Qan dövranını müəyyənləşdirmək üçün rənqli doppler istifadə olunur
85-90% hallarda pnevmatik klizma ilə müalicə olunur, ilk 24 saat ərzində residiv riski yüksəkdir

Uşaqlarda invaqinasiyanın tezliyi və etiologiyası

Daha çox 6-18 ay arası oglanlarda
Ən çox yayılmış variant – ileus-yogun bağırsaq dönqəsidir, kör bagırsaq səviyyəsində
Rotavirus vaksinasiyası provokasiya edir
İnfeksion etiologiya – mezenterial limfadenopatiyanın yaranması daha bir səbəbdir
Peyer düyünlərinin hipertrofiyası rotavirus və adenovirus vaksinasiyası zamanı
Pasiyentlərin 30% invaqinasiyadan öncə virus xəstəliyi olub

Ən çox yayılmış variant – ileus-yogun bağırsaq dönqəsidir, kör bagırsaq səviyyəsində

İnvaqinasiyanın digər səbəbləri

Bagırsaq allergiyası
Seliakiya
Kron xəstəliyi
Neoplaziya – limfoma
Şenleyn -Henox purpurası: subseroz qansızmalar invaqinasiyanı formalaşdırır
Mukovissedoz
Yad cism
Bagırsaq parazitləri
Merkel divertikulu
Poliplər
Bagırsagın ikiləşməsi və malrotasiya

İnvaqinasiyanın USM diaqnostikası

USM-də psevdoböyrəklərə bənzəyən görüntülər

a. Hədəfə bənzəyən görüntü b. Bağırsaqların genişlənmiş ilgəkləri

Aşağıda sadalanan şəkillər arasında invaqinasiya diaqnozuna hansı görüntü şübhə yaradır?

Rəylər (7)

  1. aynur.babayeva.1977

    3

    1. Zoyamuradova

      Qanlı.vəselikli

      1. Əlişova Natella

        Nəciz qanlı, selikli olur, “qırmızı qaraqat” jelesinə oxşayır. Şəkillər – 3,7,11, 21

  2. Zulfiyye Əmrahova

    3

  3. Rubab Salahova

    3;23-şəxsi praktikamda təsdiq olunmuş və uğurla əməliyyat olunmuş xəstədə

  4. Senem Muradova

    3,21 qırmızı qarağat jelesine benzer

  5. Husniyy

    3,21

Fikirinizi bildirin