Blog

Yenidoğulmuşun barmağındaki törəmə nə ola bilər?

afp20170301p327-f1
Kliniki Təhlil

Yenidoğulmuşun barmağındaki törəmə nə ola bilər?

40-cı həftədə doğulan körpənin sağ əlində törəmə aşkarlanıb.

Prenatal dövrdə ana sadə herpes virusuna görə valasiklovir ilə müalicə alıb. Bətndaxili USM zamanı sağ böyrəyin piyeloektaziyası aşkarlanıb. Körpənin böyük qardaşında doğulan zaman eyni törömə tapılmışdır.

Fiziki müayinə zamanı sağ əlin 5-ci barmağının lateral hissəsində nazik bir ayaqda yerləşən uzunsov törəmə aşkarlanıb. körpə doğularkən törəmənin rəngi tünd yaşıl olub, 2 saatdan sonra rəngini dəyişib qaraya. Digər patologiyalar müayinə zamanı aşkarlanmayıb.

Sual: Xəstəlik tarixi və fizikal müayinəyə nəticələrunə görə ağagıda sadalan diaqnozlardan hansı uyğun ola bilər:

  1. Əlavə barmaq
  2. Barmağın qazanılmış fibrokeratoması
  3. Barmağın fibroması
  4. Dırnaqyanı fibroma (Koenen şişi)

Müzakirə: Düzgün cavab: 1 – əlavə barmaq. Rudimentar əlavə barmaqlar – polidaktiliya adətən bədən rəngində olan və nazik ayaqda yerləşən papula və ya düyün formasında 5-ci barmağın lateral hissəsi tərəfindən aşkar olunur (postaksilyar). Böyük barmaq tərəfdəndə yerləşə bilərlər – preaksilyar. Hər diri doğulan 1000 yenidoğulmuşdan birində aşkar olunurlar. Yegənə bir tapıntı kimi irsiyyət ilə autosom-dominant tipli ötürmə eytimal olunur. Lakin qenetik sindromların tərkibində rast gəlinə bilərlər. Ağırlaşmalardan infeksiya və nekroz ola bilər. Bu körpədə rəngin dəyişməsi fırlanma nəticəsində nekroz ilə əlagəli ola bilərdi.

Rəy (1)

  1. Samir lizad Frrux qizi

    Благодаря вашим вебинара наши знания в современной медицине расширяются и обновляются. Спасибо!

Fikirinizi bildirin