Blog

Viferon məlhəm – KRVİ profilaktika və müalicəsində yeni preparat

viferon
Farm Dərnək

Viferon məlhəm – KRVİ profilaktika və müalicəsində yeni preparat

                             Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

VİFERON   xaricə  və  yerli  istifadə  üçün  məlhəm

VIFERON

Beynəlxalq patentləşdirilməmiş adı: İnterferon  alfa-2b

Tərkibi

Təsiredici maddə:   1 q  məlhəmin  tərkibində  40000 TV  insanın  rekombinat  alfa-2b   

                                interferonu vardır.

Köməkçi maddələr: alfa-tokoferol  asetat, susuz  lanolin, tibbi  vazelin, şaftalı  yağı, kalsium pantotenat, natrium benzoat, insan albumini, natrium asetat trihidrat, natrium xlorid, dinatrium edetat dihidrat, təmizlənmiş su.  

Təsviri

Xarakterik  lanolin  qoxulu, ağımtl  sarı  rəngdən  sarı  rəngə  qədər  olan  məlhəmdir.

Farmakoterapevtik qrupu

Sitokin.

ATC kodu: L03AB05.

Farmakoloji xüsusiyyətləri

VİFERON®  preparatı  immunomoduləedici  və  virusəleyhinə  vasitədir. İnsan  rekombinat  alfa-2b  interferonu  virusəleyhinə, antiproliferativ  və immunomodulədici xüsusiyyətə  malikdir.

Preparatın  tərkibinə  daxil  olan  köməkçi  maddələrin  iştirakı  ilə  insanın  rekombinat  alfa-2b  interferonun  spesifik  virusəleyhinə  aktivliyi  artır, onun  immunomoduləedici  təsiri  güclənir (zədələnmə  ocağında  neytrofillərin  faqositar  funksiyasının  stimulyasiyası).

Xaricə  və  yerli  istifadə  zamanı  interferonun  sistem  absorbsiyası  kiçikdir. 

İstifadəsinə göstərişlər

1 yaşdan  yuxarı  uşaqlarda  qrip  və  digər  KRVİ-nin  müalicəsində  kompleks  terapiyanın  tərkibində.

Əks göstərişlər

Preparatın  istənilən  komponentinə  qarşı  yüksək  həssaslıq.

1 yaşa  qədər  uşaqlar.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər  dərman  vasitələri  ilə  qarşılıqlı  təsiri  aşkar  edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik  və  laktasiya  dövründə  preparatın  istifadəsi öyrənilməyib.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müəyyən  edilməyib.

İstifadə qaydası və dozası

Məlhəmi istifadə etmək üçün applikator kimi pambıq tampondan istifadə olunur.

Qripin  və  digər  KRVİ-nin  müalicəsi  zamanı  preparat  nazik  təbəqə  ilə burun  yollarının  selikli  qişasına çəkilir:

1-2 yaşlı  uşaqlarda  2500 TV (diametri  0,5 sm  çox olmayan 1 zolaq) sutkada  3 dəfə;

2-12 yaşlı  uşaqlarda  2500 TV (diametri  0,5 sm çox olmayan 1 zolaq) sutkada  4 dəfə;

12-18 yaşlı  uşaqlarda  5000 TV (diametri  1 sm çox olmayan 1 zolaq) sutkada  4 dəfə  istifadə edilir.Məlhəmi istifadə etdikdən sonra məlhəmin burunun selikli qişasında bərabər paylanması üçün burun səthini massaj etmək lazımdır.

Müalicə  müddəti  5 gün  təşkil  edir.

Ağzı  açılmış  tubu  soyuducuda  3 aydan çox olmayaraq  saxlamaq  olar. 

Əlavə təsirləri

Əksər  hallarda  VİFERON®  xaricə  və  yerli  istifadəsi zamanı  məlhəmin keçiriciliyi yaxşıdır. Burunun selikli  qişasına  çəkilən  zaman  baş  verən  əlavə  təsirlər (rinoreya, asqırma, burunun  selikli  qişasının  yanması) zəif  və  keçici  xarakter  daşıyır  və  preparatın  istifadəsi  dayandı-rıldıqdan  sonra  sərbəst  şəkildə  keçib  gedir. 

Doza həddinin aşılması

Müəyyən  edilməmişdir.

Buraxılış forması

40000 TV  xaricə  və  yerli  istifadə  üçün  12 q  məlhəm,  alüminium  tubda. 1 tub  içlik  vərəqə  ilə  birlikə  karton  qutuya  qablaşdırılır.

Saxlanma şəraiti

2-8ºС  temperaturda  və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz  buraxılır.

İstehsalçı/İradları  qəbul  edən  təşkilat

“Feron” MMC, Rusiya.

Ünvan

123089, Moskva  ş., Qamalei  k., ev 18.

Tel.:/Faks: (499) 193-30-60. 

info@viferon.su

Fikirinizi bildirin