Blog

Qlütensiz tumlu çörək

corek
Qlütensiz Resept

Qlütensiz tumlu çörək

Tərkibi

  • 430 ml ilıq su;
  • 1 xörək qaşığı şəkər tozu;
  • 1 çay qaşığı duz;
  • 1 xörək qaşığı günəbaxan yağı;
  • 10 qr təbii maya;
  • 500 qr qlütensiz un (Schär Mix B – BreadMix);
  • 2 ovuc təmizlənmiş günəbaxan tumu

Hazırlanması:

  1. 430 ml ilıq suyu çörək maşınına əlavə edirik;
  2. Şəkər tozu, duz, yağ və təbii mayanı əlavə edib qarışdırırıq;
  3. Unu əlavə edirik;
  4. Çörək maşınında “Qlütensiz” rejimi seçirik (adətən 2 saatdan artıq çəkir);
  5. Bitməyinə 1 saat qalmış tumları çörəyin üzərinə səpirik;

Fikirinizi bildirin